01 May 2024
Ukrayna Rusiyanın 35-ci Ümumhərbi Ordusu MƏHV EDİLDİ

Ukrayna Rusiyanın 35-ci Ümumhərbi Ordusu MƏHV EDİLDİ

04 İyun 2022
Baxış: 506

Xarkov vilayətinin İzyum şəhərində komandirlərin səriştəsiz olması səbəbindən Rusiya Federasiyasının 35-ci Ümumhərbi Ordusunun demək olar ki, hamısı məhv edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) rusiyalı mikrobloqerin məlumatına istinadən bildirib.

Qeyd edilib ki, komandirlər döyüş çağırışlarını nəzərə almayıb, ağır artilleriya vaxtında təmir olunmayıb, bölmələr lazımi avadanlıqla təmin olunmayıb.

Əlavə olunub ki, Rusiya qüvvələrinin də komanda mərkəzləri ilə effektiv əlaqəsi olmayıb və işğalçılar şifrəli telefonların çatışmazlığı səbəbindən messencerlərə arxalanıblar.

Xatırladaq ki, fevralın 24-də səhər tezdən Rusiya Federasiyasının qoşunları Ukraynaya hücum edib.