15 May 2024
Ukrayna Prezidentinin Avropa sammitində iştirakı məxfi saxlanılır

Ukrayna Prezidentinin Avropa sammitində iştirakı məxfi saxlanılır

30 May 2023
Baxış: 385

Avropa liderlərinin əksəriyyəti iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti iştirakını artıq təsdiqləyib, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Bu barədə “NewsMaker” xəbər verir.

Nəşrin məlumatına görə, Moldovanın daxili işlər naziri Anna Revenko Ukrayna Prezidentinin sammitdə mümkün iştirakı ilə bağlı məlumatın açıqlanmadığını bildirib.

"Bu məlumat cənab Zelenskinin təhlükəsizliyi üçün məxfiləşdirilməlidir. Biz bu tələbə hörmət edirik", - o deyib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin Sammiti Bulboakada (Moldova) Mimi qəsrində keçiriləcək. Tədbirdə 47 ölkənin prezidentinin və ya hökumət başçısının, eləcə də Avropa İttifaqı rəhbərlərinin iştirakı gözlənilir. Görüşdə liderlər Ukraynadakı müharibə və əlaqədar böhranlar kontekstində sülh üçün birgə səylər, demokratiyanın müdafiəsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və Avropa dövlətlərinin dayanıqlılığını müzakirə edəcəklər.

Teqlər: