14 May 2024
Ukrayna ordusu Donbasda uğur qazandı: Rusiya hərbçiləri geri çəkildi

Ukrayna ordusu Donbasda uğur qazandı: Rusiya hərbçiləri geri çəkildi

27 İyun 2022
Baxış: 364

“Rusiya işğalçıları Nikolayevka ərazisində yeni mövqelər hazırlayırlar”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna müdafiəçiləri rusiyalıların planlarını növbəti dəfə pozaraq düşmənin hücumunu dayandırıblar.

“Baxmut istiqamətində Spornoye, Berestovoye, Beloqorovka, Klinovoye və Zaysevo yaşayış məntəqələrindəki mövqelərimizi minaatan, top və raket artilleriyasından atəşə tutdular. Pokrovski yaxınlığında aviasiya zərbəsi qeydə alınıb. Hərbçilərimiz Berestovo və Yakovlevski yaxınlığında düşmənin təxribat və kəşfiyyat qruplarını aşkar edərək zərərsizləşdirib, eyni zamanda Klinovo istiqamətində düşmən hücumunun qarşısını alıblar. İşğalçılar geri çəkilib. Düşmən Nikolayevka ərazisində yeni mövqelər, o cümlədən nəzarət-buraxılış məntəqələri təşkil edir”, - deyə Baş Qərargahın səhər saatlarına olan hesabatında bildirilib.

Həmçinin məlum olub ki, ukraynalı döyüşçülər Verxnekamenka yaxınlığında müəyyən uğur qazanıb və düşməni geri çəkilməyə məcbur ediblər.