10 May 2024
"Ukrayna Krımı geri alacaq" - General vaxt verdi, şərti AÇIQLADI

"Ukrayna Krımı geri alacaq" - General vaxt verdi, şərti AÇIQLADI

07 Sentyabr 2022
Baxış: 380

2022-ci ilin sonuna qədər Ukrayna rusları fevralın 23-dək mövcud olan demarkasiya xəttindən kənara çıxara biləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodges yerli KİV-lərdən birinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi Krım gələn il artıq Ukraynanın nəzarəti altında olacaq:

"Mən əminəm ki, rusların döyüşmək iradəsi yoxdur. Onlar orduya getmirlər. Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat axtarır.Bütün bunlar rusların zəif və tükəndiyini deməyə əsas verir”.

Hodges əlavə edib ki, birlik və Ukraynaya hər cür dəstək qorunub saxlanılarsa, ruslar məğlub olacaqlar.

Xatırladaq ki , Hodges bir neçə həftə əvvəl Rusiya ordusunun Ukrayna ilə müharibədə kulminasiya nöqtəsinə çatdığını bildirmişdi.