15 May 2024
Ukrayna kəşfiyyatı: “Rusiya Yaxın Şərq və Afrika ölkələri ilə hərbi yardım haqqında danışıqlar aparır”

Ukrayna kəşfiyyatı: “Rusiya Yaxın Şərq və Afrika ölkələri ilə hərbi yardım haqqında danışıqlar aparır”

16 Mart 2023
Baxış: 359

“Rusiya Yaxın Şərq və Afrika ölkələri ilə hərbi yardım haqqında danışıqlar aparır”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, Rusiya silah-sursat çatışmazlığı yaşayır: “Biz dəqiq bilirik ki, onlar İranla fəal əməkdaşlıq edirlər. Amma Yaxın Şərq və Afrika ölkələri ilə də danışıqlar gedir”.

V.Skibitski bildirib ki, İran Rusiyanın əsas hərbi tərəfdaşı olaraq qalır: “İran Rusiyanı döyüş sursatları və pilotsuz təyyarələrlə təmin edir. Moskva isə ballistik raketlərin də tədarükünə çalışır. Amma Tehran bu məsələdə hələ gözləyir”.

Teqlər: RUSİYA