Bakının bu ərazilərində QAZ OLMAYACAQ
3 saat əvvəl"Türkiyənin kədəri bizim kədərimizdir" - Mehriban Əliyeva
30 İyul 2021
Baxış: 559
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Türkiyədəki meşə yanğınları ilə bağlı paylaşım edib.
AJMEDİA.İNFO xəbər verir ki, paylaşımda deyilir:
"Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım.
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram.
Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!".