13 May 2024
Türkiyədən Azərbaycanla bağlı MÜHÜM ADDIM

Türkiyədən Azərbaycanla bağlı MÜHÜM ADDIM

15 İyun 2021
Baxış: 511

"Türkiyə Azərbaycanda Bayraqdar istehsalına başlamaq barədə düşünür".

AJMEDİA.info xəbər verir ki, bu fikirləri siyasi şərhçi Murad Saddədinov AZTV-də çıxışı zamanı bildirib. Onun sözlərinə görə yaxın saatlarda artıq bu şad xəbər elan ediləcəkdir.

“Bir neçən aydır ki, iki dövlət arasında danışıqlar davam edir. Yəqin ki, bu gün bu şad xəbər elan ediləcəkdir. Artıq Türkiyə özünün ən aparıcı, ən müasir Bayraqdar tipli pilotsuz uçuş aparatını (PUA) Azərbaycanda istehsalına başlayacaq. Yəni, qardaş Türkiyə bizim təhlükəsizliyimiz, siyasi, iqtisadi, hərbi cəhətdən inkişafımız üçün öz müasir silahını da, Azərbaycan ilə bölüşür. Türkiyə-Azərbaycan əməkdaşlığının perspektivləri çoxdur. Mən inanıram ki, biz gələcəkdə bunun xeyrini çox görəcəyik".(mətbuat.az)