14 May 2024
Türkiyədəki yanğının fonunda şəkil paylaşan rus bloger Türk xalqından ÜZR İSTƏDİ - FOTOLAR

Türkiyədəki yanğının fonunda şəkil paylaşan rus bloger Türk xalqından ÜZR İSTƏDİ - FOTOLAR

03 Avqust 2021
Baxış: 1020

Rusiyalı bloger İrina Vaymerin sosial şəbəkə hesabındakı paylaşımı tənqidlərə tuş gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, o, Türkiyədə istirahət etdiyi məkanda yanğın görüntülərinin fonunda şəkil çəkdirərək izləyiciləri ilə bölüşüb.

İrina fotolara “Yanan putyovka ilə 22 yaşımı qeyd edirəm. Ad günüm mübarək” şərhini yazaraq qardaş ölkədə baş verən yanğınları məsxərəyə qoyub.

Onun bu paylaşımı sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub.

Çoxsaylı şikayətlərdən sonra Vaymer yazdığı statusu silib və türk xalqından üzr istəyib./baku.ws/