14 May 2024
Türkiyədəki meşə yanğınlarının peyk görüntüləri – SON VƏZİYYƏT - FOTOLAR

Türkiyədəki meşə yanğınlarının peyk görüntüləri – SON VƏZİYYƏT - FOTOLAR

03 Avqust 2021
Baxış: 867

Türkiyədə günlərdir davam edən meşə yanğınlarının miqyası təqdim olunan peyk görüntüləri vasitəsilə ortaya çıxıb.


AJMEDİA.İNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin görüntülər Avropa İttifaqının "Copernicus Sentinel-2" adlı peyk vasitəsi ilə qeydə alınıb. Görüntüdə Bodrum və Muğla meşələrindəki yanğın fəlakəti təqdim olunub. Fotoda yanğın yerləri qəhvəyi rəngə boyanıb.


Qeyd edək ki, Türkiyədə meşə yanğınları Muğla, Aydın, Mersin, Antalya, Adana, Kayseri, Osmaniye, Kilis şəhərlərində qeydə alınıb. Ölkədə 6 gün ərzində 150 yanğın ocağı müşahidə olunub. Onlardan 141-i nəzarət altına alınıb. 9 yanğınla mübarizə davam etdirilir.