13 May 2024
Türkiyədə qəzaya uğrayan təyyarədə həlak olanların şəxsiyyəti müəyyən edilib

Türkiyədə qəzaya uğrayan təyyarədə həlak olanların şəxsiyyəti müəyyən edilib

15 Avqust 2021
Baxış: 762

Türkiyənin Kahramanmaraş bölgəsində qəzaya uğrayan Rusiyanın “Be-200” tipli amfibiya təyyarəsinin göyərtəsində olan səkkiz nəfərin meyiti “Sikorsky” helikopteri ilə hadisə yerindən götürülüb.

AJM xəbər verir ki, qəzada həlak olanların şəxsiyyəti müəyyən edilib və müayinə üçün Kahramanmaraşda tibbi ekspertizaya verilib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli faciə ilə bağlı açıqlamasında bildirib ki, təyyarənin “qara qutu”su araşdırılandan sonra ictimaiyyətə daha geniş məlumat veriləcək.

İlkin məlumata, o cümlədən şahid ifadələrinə görə, dağlıq bölgədə alovların üstünə su tökən təyyarə müvazinətini itirərək qayaya ilişib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu üzüntülü hadisə ilə bağlı Türkiyə və Rusiya xalqlarına başsağlığı verib. Nazir ifadə edib ki, meşə yanğınlarında iştirak edən bu şəxslərin fədakarlığı unudulmayacaq.

Qeyd edək ki, Türkiyə Meşəçilik Baş İdarəsi tərəfindən Rusiyadan icarəyə götürülən “Be-200” tipli amfibiya təyyarəsi avqustun 14-də Ankara vaxtı ilə saat 14:35-də su tökməklə meşə yanğınlarına müdaxilə edərkən qəzaya uğrayıb. Göyərtədə üçü türkiyəli mütəxəssis, beşi rusiyalı hərbçi olmaqla səkkiz nəfər olub.