14 May 2024
Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA

13 Fevral 2023
Baxış: 340

"Malatyadakı tələbələrdən xəbər ala bilmirik. Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı deyib.

O bildirib ki, xilasedicilər hələ ki, tələbələri tapa bilmirlər:

"Qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur".