15 May 2024
Türkiyədə azərbaycanlılar arasında ATIŞMA: ÖLƏN VAR

Türkiyədə azərbaycanlılar arasında ATIŞMA: ÖLƏN VAR

04 Sentyabr 2022
Baxış: 371

Türkiyənin İstanbul şəhərində azərbaycanlılar arasında atışma olub.

AJMEDİA.İNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

2 nəfər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıb. C.Əkbərov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com