13 May 2024
Türkiyədə aviabiletlər kəskin bahalaşdı

Türkiyədə aviabiletlər kəskin bahalaşdı

19 İyul 2023
Baxış: 490

Türkiyənin aviasiya orqanları çərşənbə günü daxili reyslər üçün biletlərin qiymətini artırıb. Qiymət artımı 43 faiz təşkil edib.

Bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Məlumata görə, qərar bir sıra vergilərin, o cümlədən ƏDV-nin artırılması və milli valyutanın ucuzlaşması ilə əlaqədardır:

“Hökumət orqanları ölkə üzrə hava nəqliyyatı üçün birtərəfli yeni qiymət tavanını 1650 lirə (61 dollar) müəyyən edib”. AXAR.AZ