12 May 2024
Türkiyə XİN Yəhudilərin Soyqırımı Günü ilə bağlı BƏYANAT YAYDI

Türkiyə XİN Yəhudilərin Soyqırımı Günü ilə bağlı BƏYANAT YAYDI

27 Yanvar 2022
Baxış: 647

Türkiyə İkinci Dünya müharibəsi vaxtı da nasistlərin zülmündən qaçan çox sayda yəhudiyə qucaq açıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı bəyanatında bildirilib.

“Bu dövrdə çox sayda yəhudi Türkiyə hökumətinin qətiyyəti və türk diplomatlarının səyləri nəticəsində həbs düşərgələrinə göndərilməkdən xilas oldu. Türkiyə antisemitizm, ksenofobiya, irqçilik, islamofobiya və dözümsüzlüyün bütün formalarına qarşı dəyişməz mövqeyini qoruyur, nifrətə əsaslanan nitq və cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verir”, – bəyanatda qeyd olunub.