15 May 2024
Türkiyə öz ordusunu Suriyadan çıxarır? - Moskva danışıqlarında hansı razılıq olub?

Türkiyə öz ordusunu Suriyadan çıxarır? - Moskva danışıqlarında hansı razılıq olub?

03 Yanvar 2023
Baxış: 421

Dekabrın 28-də Moskvada baş tutmuş Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra, Ankara Suriyanın şimalından öz ordusunu tamamlə çıxartmağa razılıq verdiyi iddia edilir.

Bu barədə «Vdlnews» nəşri xəbər verib və göstərib ki, bununla eyni vaxtda, Türkiyə tərəf mühüm avtomobil arteriyasının açılmasını da müzakirə etməyə razı olub.

«Üçtərəfli görüşün gedişində belə nəticə çıxarılıb ki, Türkiyə Suriya ərazilərindən ordusunu tam çıxartmağa razıdır - ordu Suriyanın şimalına nəzarət edir. Eyni zamanda, 2020-ci ildə bağlanmış bu saziş müzakirə olunub ki, M4 yolu açılsın» - Suriya qəzeti yazır.

Nəşrin mənbəsi müəyyən edib ki, türklərin bu yumşaqlığı nə ilə bağlıdır. O, xəbər verib ki, üçtərəfli görüşün bütün tərəfləri bununla razılaşıblar ki, PKK-ya bağlı terrorçu kürd birləşmələri «ABŞ və İsrailin agentidir və Suriya və Türkiyə üçün ən çox təhlükə yaradır».

Qeyd edə ki, Türkiyə hökumətinə yaxın mənbələr bu məlumatı təkzib edib. Tərəflər Tü\rkiyənin uriyanın şimalına nəzarətdə saxlamasına razılaçıblar.

AzPolitika.info