07 May 2024
Türkiyə istədiyini aldı: "Ərdoğan zəfərlə qayıdır"

Türkiyə istədiyini aldı: "Ərdoğan zəfərlə qayıdır"

29 İyun 2022
Baxış: 425

Türkiyə ilə Finlandiya və İsveç arasında imzalanmış sənəd dünya mediasında geniş müzakirələrə yol açıb.

AJMEDİA.İNFO xəbər verir ki, xarici KİV-lər “Üçlü Memorandum” nəticəsində Türkiyənin qəti qazanclar əldə etdiyini yazır. Məsələni yaxından təqib edən KİV-lər razılaşmanı “Türkiyə istədiyini aldı” başlığı ilə çatdırıb.

“Al Jazeera”: Türkiyənin veto qərarını geri çəkməsindən Finlandiya və İsveç sonra NATO-ya üzv olmaq üzrədir.

“Le Monde”: NATO-nun Baş katibi Yens Stoltenberqin də dediyi kimi tarixi qərardır.

“New York Times”: “Son 10 ilin ən böyük təhlükəsizlik problem həll edildi”.

“The Guardian”: “Türkiyənin narahat olduğu məsələlər həll edildi və razılaşma əldə edildi”.

“The Economist”: “Ərdoğan evə zəfərlə qayıdır”.