10 May 2024
"Türkiyə ilə vəziyyətin normallaşması üçün İsrail bunu etməlidir" - Çavuşoğlu ŞƏRTİ AÇIQLADI

"Türkiyə ilə vəziyyətin normallaşması üçün İsrail bunu etməlidir" - Çavuşoğlu ŞƏRTİ AÇIQLADI

02 İyun 2021
Baxış: 647

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankara-Təl-Əviv münaisbətlərindən danışıb.

AJMEDİA.info xəbər verir ki, iki ölkə arasında normal münasibətlərin qurulması üçün şərti açıqlayıb.

Nazir bildirib ki, bunun üçün İsrail yanlış siyasətindən imtina etməlidir:

"İsrail Fələstinə bağlı eyni siyasətə davam edərsə, sağlam münasibətlərin qurulması mümkün deyil, amma İsrail iki dövlətli həll yoluna dönərsə və fələstinlilərin hüquqlarına hörmət edərsə, yalnız bizimlə deyil, hər kəslə yaxşı münasibətləri olar. İsraildə hakimiyyətin kimin əlinə keçəcəyi deyil, hökumətin hansı siyasəti aparacağını izləmək daha vacibdir".