10 May 2024
Türkiyə ən güclü qırıcı təyyarə hazırladı - “Hurjet”

Türkiyə ən güclü qırıcı təyyarə hazırladı - “Hurjet”

12 May 2022
Baxış: 874

Türkiyə istehsalı olan “Hurjet” döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ildə edəcək.

TRT xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib.

“Təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü ildə milli döyüş təyyarəmizi anqardan çıxararaq ilk uçuşunu həyata keçirəcəyik”, - deyə Dəmir bildirib.

Müdafiə Sənayesi İdarəsinin rəisi daha əvvəl bildirmişdi ki, “Hurjet” performans baxımından Amerikanın “F-35” qırıcı təyyarələrindən üstün olacaq. Bizim.Media