01 May 2024
“Türk təyyarələri üstümüzə bomba yağdıracaq" - Qorxuya düşüb müdafiə sistemləri istədilər

“Türk təyyarələri üstümüzə bomba yağdıracaq" - Qorxuya düşüb müdafiə sistemləri istədilər

07 İyun 2022
Baxış: 511

Türkiyə ordusunun Suriyanın şimalında mümkün hərbi əməliyyatları PKK/YPG terrorçularını qorxuya salıb.

AJMEDİA.İNFO xəbər verir ki, qruplaşmanın liderlərindən olan Mazlum Kobani Röyters agentliyinə açıqlaması zamanı Suriya Prezidenti Bəşər Əsəddən hava hücumundan müdafiə sistemləri istəyib. Terrorçu həmçinin Rusiyadan gərginliyi azaltmaq üçün həmlə etmələrini istəyib. Terrorçu Türkiyəyə qarşı Suriya hökuməti ilə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə edib.


Qeyd edək ki, xarici KİV-lərdə Rusiyanın Suriyadakı hava hücumundan müdafiə sistemlərini Ukrayna sərhədlərinə daşıdığını, nəticədə Türkiyə hərbi təyyarələrinin bölgədə daha rahat uçacağına dairə məlumatlar yayılıb.