12 May 2024
Trampdan İrana koronavirusla mübarizədə YARDIM TƏKLİFİ

Trampdan İrana koronavirusla mübarizədə YARDIM TƏKLİFİ

20 Aprel 2020
Baxış: 539

ABŞ prezidenti Donald Tramp ölkədəki koronavirus epidemiyası ilə mübarizədə İrana kömək etməyə hazır olduğunu bildirib.

TASS-a istinadən verilən xəbərə görə, bu barədə o, Ağ Evdə keçirdiyi brifinq zamanı bəyan edib.

“İstəyirlərsə, xahiş etsələr, nə isə etməyə hazıram. Onlar daha ağıllı olmalı və münasibətləri normallaşdırmağa razı olmalıdırlar. İran virus səbəbilə böyük zərər görüb", - deyə ABŞ lideri qeyd edib.

O, vurğulayıb ki, hazırda ABŞ-da minlərlə ağciyərlərin süni ventilyasiyası (ASV) aparatı mövcuddur, bir hissəsi isə istehsal olunmaqdadır.

Qeyd edək ki, daha öncə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib ki, Tehran ABŞ-ın bütün yardım təkliflərini rədd edir və heç bir amerikalı siyasətçisinin tövsiyələrini qəbul etməyəcək.

Teqlər: Tramp