15 May 2024
Tramp Netanyahudan İNCİYİB, əlaqə SAXLAMIR - SƏBƏBİ AÇIQLADI

Tramp Netanyahudan İNCİYİB, əlaqə SAXLAMIR - SƏBƏBİ AÇIQLADI

10 Dekabr 2021
Baxış: 515

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Bayden ABŞ lideri seçiləndən sonra İsrailin keçmiş Baş naziri Benjamin Netanyahu ilə əlaqə saxlamadığını bildirib.

AJMEDİA.İNFO unikal.org-a istinadən xəbər verir ki, Netanyahu Baydeni prezident seçilməsi münasibətilə ilk təbrik edənlərdən biri olub. Buna görə də o, hələ də eks Baş nazirlə əlaqə saxlamadığını deyib.

"İlk təbrik edən Netanyahu oldu, o, hər kəsdən daha çox münasibətdə olduğum, hörmət etdiyim bir adam idi... Benjamin səssiz qala bilərdi. Və o, dəhşətli səhv etdi", - Tramp müsahibəsində deyib.

Siyasətçi bildirib ki, Netahyahuya hələ də hörməti var, lakin o, sadiqliyi də yüksək qiymətləndirir.