01 May 2024
Tramp demokratları "radikal solçuluq"da günahlandırıb

Tramp demokratları "radikal solçuluq"da günahlandırıb

09 Avqust 2020
Baxış: 1362

ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar iqtisadiyyata dəstək danışıqlarını uzatmaqla “seçkiləri oğurlamaq” istəyirlər.

AJM xəbər verir ki, bu barədə o, Nyu-Cersidəki mətbuat konfransında deyib.

Trampın sözlərinə görə, demokratların Konqresdəki liderləri Nensi Pelosi və Çak Şumer koronavirusdan əziyyət çəkənlər üçün nəzərdə tutulan yardımı “əllərində girov saxlayırlar”. O, həmçinin demokratların bir sıra təkliflərindən də söz açıb və bu təkliflərin iqtisadiyyatla heç bir əlaqəsinin olmadığını düşündüyünü vurğulayıb.

“Radikal solçular günün mövzusudur”, - deyə Tramp bildirib.

Teqlər: Tramp