14 May 2024
Toydan qayıdan DGK əməkdaşı özünü öldürdü - TƏFƏRRÜAT

Toydan qayıdan DGK əməkdaşı özünü öldürdü - TƏFƏRRÜAT

14 İyul 2022
Baxış: 371

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, əslən Naxçıvan Muxtar Respublikasındandır. DGK-nin Cənub Ərazi Baş Gömrük idarəsində işlədiyi üçün Astarada kirayə yaşayırmış. Ə.Cahangirli ailəli olub və 3 övladı var. Hadisə baş verən gün o, ailə üzvləri ilə birlikdə Bakıda toy məclisində iştirak edib.

Ailəsi Bakıda qalıb, Ə.Cahangirli isə Astaraya qayıdıb və kirayə yaşadığı evdə özünü asaraq intihar edib.