15 May 2024
Toyda kütləvi ZƏHƏRLƏNMƏ - 89 nəfər XƏSTƏXANALIQ OLDU

Toyda kütləvi ZƏHƏRLƏNMƏ - 89 nəfər XƏSTƏXANALIQ OLDU

02 Avqust 2022
Baxış: 533

Qırğızıstanın Batken vilayətində zəhərlənmə nəticəsində 89 nəfər xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi Batken vilayətinin Kadamçay rayonunda kafedə kütləvi zəhərlənmə faktı ilə bağlı məlumat yayıb.

Zəhərlənənlərin sayı 89 nəfərə çatıb. 16 nəfərin vəziyyəti, o cümlədən 2 uşaq yaxşılaşıb.

Zəhərlənənlər ötən şənbə “Almaz” adlı kafedə 250 nəfərin iştirakı ilə keçirilən toyda iştirak ediblər. Toyun menyusunda olan salat və ət toy təşkilatçıları tərəfindən evdə hazırlanaraq kafeyə gətirilibmiş.