01 May 2024
“Tonoyanın dediyi oldu, erməni tankları Bakıdadır” – Rus ekspertdən İRONİYA

“Tonoyanın dediyi oldu, erməni tankları Bakıdadır” – Rus ekspertdən İRONİYA

06 Sentyabr 2021
Baxış: 542

Rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı ələ salıb.

AJMEDİA.İNFO xəbər verir ki, ekspert Tonoyanın ötən il səsləndirdiyi fikirləri xatırladıb.

Korotçenkonun keçmiş müdafiə nazirinə cavabı ironiyalı olub:

“Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan iddia edirdi ki, erməni tankları bir gün Bakıya qədər gedəcək. Bəli, erməni tankları indi Bakıdakı Hərbi Qənimətlər Parkındadır”.

Ötən il Azərbaycana qarşı yeni ərazi iddiası ilə çıxış edən David Tonoyan yeni müharibədə erməni tanklarının Bakıya qədər irəliləyəcəyini demişdi. Amma 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinə ağır məğlub olan erməni ordusunun silah-sursatı və hərbi texnikaları nümayiş etdirilməsi üçün Bakıdakı Hərbi Qənimətlər Parkına gətirildi. Müharibədə erməni ordusunun komandanı da Tonoyan idi.(teleqraf.com)