08 May 2024
Təqaüdçü polis generalı Knessetin baş direktoru olacaq

Təqaüdçü polis generalı Knessetin baş direktoru olacaq

10 Yanvar 2023
Baxış: 379

Knessetin baş direktoru vəzifəsinə istefada olan polis general-mayoru, 55 yaşlı Moşe (Çiko) Edri təyin edilib. Bu qərarı bazar ertəsi, yanvarın 9-da Knessetin spikeri Amir Ohana verib.

AJMEDİA.İNFO xəbər verir ki, Ohana yeni təyinatı açıqlayarkən qeyd edib ki, Edri 30 ildən artıq təhlükəsizlik sistemində çalışıb, zəngin inzibati təcrübəyə malikdir və Knesset aparatının qarşısında duran mürəkkəb vəzifələrin həyata keçirilməsində həlledici rol oynamağa qadirdir.