13 May 2024
Telefonlarla bağlı XƏBƏRDARLIQ! - Belə istifadə ömrü QISALDIR

Telefonlarla bağlı XƏBƏRDARLIQ! - Belə istifadə ömrü QISALDIR

09 İyun 2022
Baxış: 631

ABŞ-da “Buck” İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub ki, telefon ekranına uzun müddət baxmaq həm gözlərə, həm də digər orqanlara zərər verir.


AJMEDİA.İNFO bildirir ki, mütəxəssislər milçəklər üzərində apardıqları araşdırmada ekran işığına daha az məruz qalanların daha uzun yaşadığını müəyyən ediblər. Onlar belə işıqların insan orqanizminə zərər verdiyini açıqlayıblar.


Uzun müddət ekranlara baxmağın gözlərdə iltihaba səbəb ola biləcəyini izah edən elm adamları, gözlərin davamlı olaraq xarici dünya ilə qarşılıqlı əlaqədə olduğuna və immun müdafiə sistemlərinin daha aktiv olduğuna diqqət çəkib.


Araşdırmaya rəhbərlik edən professor Pankaj Kapahi aşağıdakıları bildirib:


“Uzun müddət kompüter və telefon ekranlarına baxmaq və işıq çirkliliyinə məruz qalmaq sirkadiyalı nizamı pozur. Bu vəziyyət gözün immunitetini zədələyir və görmə qabiliyyətindən kənarda bədənin qalan hissələrinə və beyinə zərər verir”.


Mütəxəssislər göz sağlamlığı ilə ümumi sağlamlıq arasında əlaqə olduğuna diqqət çəkiblər. Alimlər onu da vurğulayıblar ki, ekrana uzun müddət baxmaq insan ömrünü qısaldır.(sfera.az)

Teqlər: Telefonlar