15 May 2024
Tehranda Astana üçlüyünün görüşü - ŞƏRH

Tehranda Astana üçlüyünün görüşü - ŞƏRH

20 İyul 2022
Baxış: 497

İranın Tehran şəhərində 19 iyul tarixində Astana üçlüyünün görüşü keçirildi. Tükiyə, İran və Rusiya Prezidentləri Suriyada baş verən prosesləri, eləcə də Ukraynada gedən müharibə haqqında müzakirələr apardılar. Görüşün sonunda birgə bəyannamə qəbul olundu. Tərəflər Suriyaya qarşı edilən bütün sanksiyaları rədd edir. Bundan başqa Suriya münaqişəsinin hərbi yolla həlli olmadığını vurğuladılar.

Açıq-aydın görünür ki, İranın ali dini lideri Ayətullah Xomenei öz Tvitter hesabından paylaşdığı statusda Qarabağın Azərbaycana qaytarılmasından məmnunuq. Əlbəttə İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”. Göründüyü kimi Xamenei 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi ilə yaranmış sərhədi “min illərdir” adlandırıb.


Xamenei Zəngəzur dəhlizinin açılmasına narazılığını qeyd edir. Cənubi Qafqazda Azərbaycanın uğurları və Türkiyənin siyasi aktivliyi İranı qıcıqlandırır. “Min illərdir” ifadəsinin əvəzinə Zəngəzurun Ermənistana 1920-ci ildə verilib deməsi daha doğru və ədalətli olardı. İkinci Qarabağ müharibəsində İranın Ermənistana hərbi yardımı heç kimə sirr deyil. Bundan başqa İran Suriya məsələsində əvvəlki kimi aktiv deyil. İran Türkiyənin Suriyanın şimalında etdiyi anti-terror əməliyyatlarına da qarşıdır. Cənubi Azərbaycanlılara muxtariyyət verməyən, bir çox hərbi qruplaşmalara dəstək verib onları maliyyələşdirən İran hökuməti Rusiyaya arxayındır. Rusiyanın Ukraynada olan müharibəsini İran tam olaraq dəstəkləyir.


Xamenei İranın sosial və iqtisadi problemləri ilə məşğul olmaq əvəzinə “Tvitterdə qəhrəmanlıq göstərməsi” yaxşı görsənmir.

Qeyd etmək lazımdır ki, ABŞ yaxın gələcəkdə İrana qarşı daha da sərt sansksiyalar irəli sürəcək. Onda İranın vəziyyəti daha pisləşəcək. Suriyada isə Türkiyə və Rusiyanın mübarizəsi davam edir. Türkiyə NATO dövləti olaraq Rusiya ilə maraqları Suriyada üst-üstə düşmür. Bundan başqa Suriyanın şimalında olan terror qruplaşmaları Türkiyənin Suriyanın içərilərinə doğru irəliləməsinə mane olmayacaq. Türkiyə öz bunu hərbi əməliyyatlar zamanı da sübut edir.

Rüstəm Tağızadə, politoloq

AJMEDİA.İNFO