14 May 2024
“Tehran Tayms”ın yazdığına görə, yeni hipersəs raketi Təl-Əvivə 4 dəqiqə ərzində çata bilər

“Tehran Tayms”ın yazdığına görə, yeni hipersəs raketi Təl-Əvivə 4 dəqiqə ərzində çata bilər

15 Noyabr 2022
Baxış: 424

Tehran yeni uzaqmənzilli raketlərin sınağını həyata keçirib, hipersəs raketi Təl-Əvivə 4 dəqiqə ərzində çata bilər; hərbi analitik hədəfləri açıqladı - bölgədə təhlükə...

İran klerikal rejimi getdikcə həm öz xalqı, həm də bölgə dövlətləri və xalqları üçün daha böyük təhlükə mənbəyinə çevrilməkdədir. Buna dair növbəti faktı göstərmək olar - keçən həftə İran yeni uzaqmənzilli raketlərin sınağını həyata keçirib. “Tehran Tayms”ın yazdığına görə, yeni hipersəs raketi Təl-Əvivə 4 dəqiqə ərzində çata bilər.

“Raket həm Yer atmosferində, həm də ondan kənarda yüksək sürət və manevr imkanına malikdir. Yeni raket bütün hava hücumundan müdafiə sistemlərini yarmaq imkanındadır və mən düşünmürəm ki, onu tutmağa qadir yeni texnologiya yaxın onilliklərdə yaradıla bilər. O, düşmənin raket əleyhinə sistemlərini vura bilir və onun istehsalı yeni nəsil raketlərin hazırlanmasında böyük sıçrayış deməkdir” - bunu SEPAH-ın Aerokosmik qüvvələrinin rəisi Əmir Əli Hacızadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni raket səsdən 5 dəfə artıq sürətlə uçur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, hipersəs raketləri mürəkkəb trayektoriyalarla uça bilir və bu da onlara qarşı müdafiəni çətinləşdirir.

Bəs bu raketlər doğrudanmı İsrail HHQ üçün problem yarada bilər? Həmçinin strateji əhəmiyyətli enerji obyektlərimiz üçün hansısa təhdidlər mümkündürmü? Bu silahlara qarşı kontrtədbirlər nə olacaq? Bir də illərdir ağır sanksiyalar altında olan İran rejiminin raket texnologiyası sahəsində uğurlarının (o cümlədən kamikadze dronlarla bağlı və s.), həmçinin atom silahı yaratmağa bunca yaxınlaşmasının sirri nədədir? Ukrayna müharibəsində də İran dronlarının istifadə edilməsi təsdiqləyir ki, son illərdə cənub qonşu bu yöndə fəaliyyətini stimullaşdırıb. Düzdür, həmin PUA-lar Türkiyə istehsalı olan “Bayraktar”lar səviyyəsində deyil, lakin istənilən halda sanksiyalarla yaşayan dövlətin hərbi sənaye kompleksində bir inkişaf müşahidə olunur. İndi isə hipersəs raketlər sınaqdan çıxarılır və bu da bölgəyə yeni təhdidlər yarada bilər. Bəs Azərbaycan da hədəfdə ola bilərmi? Ümumiyyətlə, İran Azərbaycana qarşı hərbi eskalasiya həyata keçirərmi?

“Yeni Müsavat”