15 May 2024
Tanınmış xanəndə gözəlləşmək üçün BIÇAQ ALTINA YATDI - FOTO

Tanınmış xanəndə gözəlləşmək üçün BIÇAQ ALTINA YATDI - FOTO

26 İyul 2023
Baxış: 476

Əməkdar artist Nigar Şabanova dünən yenidən plastik əməliyyat etdirib.

AJMEDİA.İNFO bildirir ki, xanəndə Lent.az-a bu dəfəki əməliyyatın korreksiya xarakteri daşıdığını bildirib.

“Ötən il etdirdiyim liposaksiyadan sonra bədənimdə dəri sallanmaları olmuşdu. Ona görə, abdominoplastika etdirib artıq, sallanan dəriləri kəsdirdim. Hər şeyin ideal səviyyədə olmasını istədim”,- deyə o qeyd edib.


Müğənni hələ də xəstəxanada olsa da, özünü yaxşı hiss edir. Müğənni buna qədər burun, yanaq, dodaq, qaş və üz çevrəsinə estetik prosedurlarla əl gəzdirib.