14 May 2024
Tanınmış politoloq "Azərsu"dan ŞİKAYƏTLƏNDİ: "Bir gündür Biləcəridə su yoxdur, amma sədr olmaq üçün..."

Tanınmış politoloq "Azərsu"dan ŞİKAYƏTLƏNDİ: "Bir gündür Biləcəridə su yoxdur, amma sədr olmaq üçün..."

03 Noyabr 2021
Baxış: 604

"Bir sutkadır Binəqədi rayonu Biləcəri qəsəbəsinə su verilmir".

Bunu AJMEDİA.İNFO-ya tanınmış politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, aidiyyəti qurum artıq bir gündür ki, problemi həll edə bilmir:

"Azərsu"ya milyardlarla manat vəsait ayrıldı. Həmin pullara keçmiş sədr Qorxmaz Hüseynov özünə villalar tikdi. Yeyinti, korupsiya halları "Azərsu"da davam etdiyindən bir sutkadır problemi aradan qaldıra bilmirlər. "Azərsu"da sədr olmaq üstündə intriqa getdiyinə görə yaranan problemlər arxa planda qalıb. Nə vaxt su veriləcək?!!".

Çağatay Noqay

AJMEDİA.İNFO