01 May 2024
"Taliban" ABŞ-ı Əfqanıstanın hava məkanını pozmaqda günahlandırıb

"Taliban" ABŞ-ı Əfqanıstanın hava məkanını pozmaqda günahlandırıb

28 Sentyabr 2021
Baxış: 488

“Taliban” hərəkatı Əfqanıstanın hava sahəsinin ABŞ pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulduğunu bildirib.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid şəxsi “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ PUA-ları ölkənin hava sahəsinə daxil olmaqla “Əfqanıstan İslam Əmirliyi”nin (“Taliban” öz idarə sistemini bu cür adlandırır) suverenliyini pozur.

“Biz bütün ölkələri, xüsusən ABŞ-ı hər hansı bir neqativ nəticənin qarşısının alınması üçün qarşılıqlı öhdəliklərə uyğun hərəkət etməyə çağırırıq”, - “Taliban”ın bəyanatında belə deyilir.