10 May 2024
Sürücülərin NƏZƏRİNƏ!: Bakıda bu küçədə hərəkət qaydaları DƏYİŞDİ - FOTO

Sürücülərin NƏZƏRİNƏ!: Bakıda bu küçədə hərəkət qaydaları DƏYİŞDİ - FOTO

07 Sentyabr 2022
Baxış: 387

Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib.

AJMEDİA.İNFO xəbər verir ki, dəyişiklik barədə paylaşımı öz feysbuk hesabında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev edib.

Dəyişikliyə əsasən yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib.

Sürücülərdən dəyişikliyi nəzərə almaqları və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edilir.