14 May 2024
Sürücülərə ŞAD XƏBƏR: Bu tarixdən dəyişiklik qüvvəyə minir - VİDEO

Sürücülərə ŞAD XƏBƏR: Bu tarixdən dəyişiklik qüvvəyə minir - VİDEO

21 İyul 2022
Baxış: 472

2015-ci ildə icbari sığorta haqqında qanuna dəyişiklik edildi. Tətbiqi isə sığorta bazarına nəzarət edən quruma tapşırıldı. Bir müddət sonra isə bu məsələ birbaşa Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində daxil edildi.

AJMEDİA.İNFO xəbər verir ki, bu günlər məlum olub ki, icbari sığorta haqqında qanuna edilən dəyişiklik noyabr ayından tətbiq edilməyə başlayacaq.

Məhz noyabrın 1-dən yol nəqliyyat hadisələri zamanı zərərçəkən sürücülər usta seçimi kimi sığorta şirkətini də özləri müəyyənləşdirə biləcəklər.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "ARB"-yə bildirib ki, bu günə qədər hər bir halda sığorta təminatını təqsirkar sürücünün sığorta şirkəti ödəyirdi: "Lakin yeni qanunda deyilir ki, zərərçəkən sürücü təqsirkar sürücünün sığorta şirkətindən yox, özünün sığorta şirkətindən istifadə edə bilər. Bu o deməkdir ki, hər bir şəxs zərərçəkən olacağı təqdirdə rahat sığorta təminatı ala biləcək".