14 May 2024
Suriyada İŞİD terroruçuları səkkiz min dollara azadlığa buraxılır

Suriyada İŞİD terroruçuları səkkiz min dollara azadlığa buraxılır

23 Noyabr 2021
Baxış: 592

Suriyanın şimalındakı bir sıra əraziləri nəzarətində saxlayan Suriya Demokratik Qüvvələri (SDQ) qalmaqala səbəb olub.

AJMEDİA.İNFO xəbər verir ki, sözügedən qüvvələr İŞİD terror qruplaşması ilə mübarizə üçün ABŞ tərəfindən dəstəklənir. Lakin hazırda SDQ ilə İŞİD münasibətləri artıq mübarizəni xatırlatmır. PKK-YPG terror qruplaşmalarının Suriya qolunun da tərkibində olduğu SDQ İŞİD terrorçularını pul qarşılığında həbsxanalardan azad edib.

Artıq çox sayda terrorçu “uzlaşma” adlı layihə ilə pul qarşılığında azadlığa çıxıb. Onların azadlıq üçün səkkiz min dollar ödədiyi bildirilir. Həmçinin həbsxanadan çıxan terrorçulara bundan sonra silahlı qruplaşmalara üzv olmayacaqları, eyni zamanda SDQ-nin nəzarətindəki ərazilərə girməyəcəklərinə dair sənəd imzalanır.