14 May 2024
Sumqayıtda zavodda GÜCLÜ YANĞIN - VİDEO

Sumqayıtda zavodda GÜCLÜ YANĞIN - VİDEO

13 İyun 2023
Baxış: 391

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın başlayıb.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Hadisə yerindən "SOCAR" Kimyaçı poliklinikasının Təcili Yardım şöbəsinin həkimi Vəfa Mustafayeva və tibb işçisi Aysel Turabova bildiriblər ki, hadisə zamanı ciddi xəsarət alanlar yoxdur. Yüksək təchizata malik Təcili və Təxirəsalınmaz Tibbi Qrupumuz hadisə yerində baş verə biləcək istənilən tibbi yardımın göstərilməsinə hazırdır.

Əlavə məlumat veriləcək.