14 May 2024
Sumqayıt İH başçısının müavini işdən çıxarıldı

Sumqayıt İH başçısının müavini işdən çıxarıldı

13 Mart 2023
Baxış: 351

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifədən azad edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Sumqayıt İcra Hakimiyyətinin başçısı əmr imzalayıb.

Əmrə əsasən, icra başçının müavini, həmçinin İH-nin şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Əliyev Gündüz Aydın oğlu vəzifəsindən azad olunub.

İcra başçısının digər əmri ilə Fərid Ələkbərov Sumqayıt İH başçısının müavini təyin edilib.