09 May 2024
Sullivan ilk dəfə İsrailin milli təhlükəsizlik müşaviri ilə danışıb

Sullivan ilk dəfə İsrailin milli təhlükəsizlik müşaviri ilə danışıb

02 İyun 2023
Baxış: 370

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsrailin milli təhlükəsizlik müşaviri Tsaçi Xaneqbi və dövlət katibi Ron Dermer ilə Ukraynaya dəstəyi, eləcə də İranın pilotsuz uçuş aparatlarının zərbələrini müzakirə edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Sallivan Rusiya və İran arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı ümumi narahatlıqları, eləcə də öz ərazisini və vətəndaşlarını müdafiə edən Ukraynaya, o cümlədən İranın pilotsuz təyyarələrinə qarşı dəstəyin vacibliyini müzakirə edib”, – mətbuat xidməti bildirib.

Siyasətçilər, həmçinin, “qarşılıqlı maraq doğuran qlobal və regional mövzuların geniş spektrini” müzakirə ediblər. Digər məsələlərlə yanaşı, ikitərəfli strateji əməkdaşlığın gücləndirilməsi və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına dair məsələlər də müzakirə mövzusu olub.

Bildirilir ki, görüş zamanı İsrailin Yaxın Şərqə iqtisadi inteqrasiyası və fələstinlilərin həyatını yaxşılaşdırmaq üçün əlavə vəsaitlərin daxil edilməsi məsələləri ayrıca müzakirə olunub.