10 May 2024
Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb, toqquşmalarda ölənlər var

Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb, toqquşmalarda ölənlər var

30 Oktyabr 2021
Baxış: 464

Sudanın paytaxtı Xartumun ətrafındakı Omdurman kəndində hərbi şuranın təhlükəsizlik qüvvələri ilə etiraza qalxan vətəndaşlar arasında toqquşma olub.

AJMEDİA,İNFO xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsi məlumat yayıb.

"Sudan ordusu komandirinin qərarlarına qarşı oktyabrın 30-da təşkil olunan nümayidə iki etirazçı həlak olub", - məlumatda deyilir.

Bundan əvvəl yüzlərlə nümayişçinin Omdurman şəhərində küçələrə çıxdığı bildirilirdi.

Bu arada paytaxtın özündə təhlükəsizlik qüvvələri bütün mərkəzi küçələri və körpüləri bağlayıb.