12 May 2024
Sudanda toqquşmalarda azı 35 nəfər həlak oldu

Sudanda toqquşmalarda azı 35 nəfər həlak oldu

25 Noyabr 2021
Baxış: 491

Sudanın Qərbi Darfur əyalətinin Cebel Moon bölgəsində köçəri qruplar arasında baş verən toqquşmalarda azı 35 nəfər ölüb.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Uqandanın "Daily Monitor" qəzeti məlumat yayıb.

Noyabrın 17-də başlayan qarşıdurmalar zamanı 16 kəndin tamamilə yandırıldığı bildirilir.

Toqquşmalar dəvələrin oğurlanması səbəbindən başlayıb.

Əraziyə əlavə qüvvələr göndərilib, vəziyyət hazırda sabitdir.

Teqlər: Sudan