15 May 2024
SON DƏQİQƏ! Deputat Etibar Əliyev istefa verdi

SON DƏQİQƏ! Deputat Etibar Əliyev istefa verdi

11 İyul 2023
Baxış: 505

Millət vəkili Etibar Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlüyündən istefa verib.

Bu barədə deputat öz feysbuk səhifəsində bildirib.

Etibar Əliyev istefa səbəbini bu cür açıqlayıb:

"Bu gün Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın iclası keçirildi. İclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi "WhatsApp" yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımları məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirilməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi "yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür" fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti "İctimai iştirakçılıq haqqında qanun"un fəlsəfəsinə ziddir. Mənim təkliflərimindən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bugünkü müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü.

Bir məsələni də qeyd edim ki, Emin Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb. Bütün bunları əsas götürüb, Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada fəaliyyətimi qeyri-mümkün hesab edirəm və Şura üzvlüyündən istefa verirəm".musavat.com