14 May 2024
ŞOK! Şagirdlər özlərini məktəbin pəncərəsindən ATDILAR - VİDEO

ŞOK! Şagirdlər özlərini məktəbin pəncərəsindən ATDILAR - VİDEO

02 Oktyabr 2023
Baxış: 613

Rusiyanın Ulyanovsk şəhərində yerləşən məktəbin ikinci mərtəbəsindən özlərini atan üç beşinci sinif şagirdi müxtəlif sınıq xəsarətləri alıb. Onlar qəflətən işə düşən yanğın siqnalizasiyasının səsindən qorxublar.

AJMEDİA.İNFO xəbər verir ki, məktəbdə təşviş yanğın siqnalizasiyası işə düşən kimi dərhal məktəblilərdən birinin dəhlizə qaçaraq “Terakt! Terakt!” qışqırması ilə başlayıb.

Siqnalizasiya işıq kəsildiyi üçün işə düşüb, heç bir təhlükə olmayıb.

Özlərini pəncərədən atan uşaqların ən çox ayaqları zədələnib. Həkimlər onlara yardım göstərirlər.

Videoda hadisədən dərhal sonra məktəbdəki vəziyyət əks olunub.

İlkin olaraq xəsarət alan üç uşağın birinə zədə, onurğanın kompression sınığına dair şübhə, digərinə isə ayağın sınması diaqnozları qoyulub.

Mənbə: SHOT, Novost24