14 May 2024
Sinqapurda keçirilən APACRS-in 35-ci illik konfransında Milli Oftalmologiya Mərkəzinin əməkdaşları fəal iştirak edib

Sinqapurda keçirilən APACRS-in 35-ci illik konfransında Milli Oftalmologiya Mərkəzinin əməkdaşları fəal iştirak edib

12 İyun 2023
Baxış: 215

Sinqapurda keçirilən APACRS-in (Asia-Pacific Assiciation of Cataracat & Refractive Surgeons) 35-ci illik konfransında Azərbaycandan akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları fəal iştirak edib.

Konfransdan sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mirana Mirişova və dr. Sona İbrahimova Sinqapur Milli Göz Mərkəzini ziyarət ediblər. Mərkəzin səlahiyyətli şəxsi tərəfindən müşayiət olunan oftalmoloqlarımız əvvəlcə Sinqapur Milli Göz Mərkəzinin yaranması və fəaliyyəti ilə tanış olublar.

Belə ki, Sinqapur Milli Göz Mərkəzi (SNEC) 3 mart 1989-cu ildə yaradılmış və 1990-cı ilin oktyabrında fəaliyyətə başlamışdır. SNEC 80-ə yaxın oftalmoloqdan ibarət fakültə ilə keyfiyyətli təhsil və tədqiqata diqqət yetirməklə ixtisaslaşmış oftalmoloji xidmətlərin göstərilməsinə rəhbərlik edir və əlaqələndirir.

SNEC 4 xəstəxana, 5 milli ixtisas mərkəzi, 8 ilkin səhiyyə poliklinikası və 3 icma xəstəxanasından ibarət Sinqapur Sağlamlıq Xidmətləri (SingHealth) akademik klasterinin bir hissəsidir.
SNEC yüksək standartlar və nəticələri təmin etmək üçün cərrahiyyənin tədrisi və monitorinqi üçün hər bir böyük əməliyyatı hıyata kçeiriən dünyada bir neçə qurumdan biridir.
SNEC qlaukoma, katarakta və miopiya kimi əsas göz xəstəliklərinin səbəbləri və müalicəsi ilə bağlı kliniki tədqiqatlarda fəal iştirak edir.

Görüş zamanı Akad. Zərifə əliyeva adına Milli Oftgalmologiya Mərkəzi və Sinqapur Milli Göz Mərkəzininin mütəxəssisləri oftalmoloji yeniliklərdən bəhs edərək, qarşılıqlı təcrübələrini bölüşüblər.
Həmçinin t.ü.f.d. Yazgül Abdıyeva Akad. Zərifə əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və regional filiallarının fəaliyyətindən və onun haqqında çəkilən video-rolik haqqında məlumat verdi. T.ü.f.d. Mirana Mirişova Mərkəzimizdə həyata keçirilən Excimer-lazer əməliyyatından, dr. Sona İbrahimova isə Qalukoma xəstəliyinə qarşı həyata keçirdiyimiz fəaliyyətimizdən geniş bəhs etdilər.