10 May 2024
SİNOVAC peyvəndinin inanılmaz TƏSİRİ: Virusdan ölüm riskini 95 faiz azaldır

SİNOVAC peyvəndinin inanılmaz TƏSİRİ: Virusdan ölüm riskini 95 faiz azaldır

09 Avqust 2021
Baxış: 701

COVID-19-a qarşı hazırlanan SİNOVAC peyvəndi simptomatik xəstəliklərdən 85 faiz, xəstaxanaya yerləşdirilmə zərurətindən isə 92 faiz qoruyur. Həmçinin peyvənd virusdan ölüm riskini 95 faiz azaldır.

AJMEDİA.İNFO “The Straits Times” qəzetinə isytinadən xəbər verir ki, bu qənaətə İndoneziyada aparılan bir araşdırma nəticəsində gəlinib. İndoneziya Səhiyyə Nazirliyi ilk inyeksiyadan sonra simptomatik xəstəliklərə qarşı effektivliyin 35 faizə qədər azaldığını açıqlayıb.

Qeyd edək ki, araşdırma virusun əsas ocaqlarından biri olan paytaxt Cakartada yaşlı xəstələr arasında aparılıb. Məlumatda bildirilir ki, İndoneziya bu ilin sonuna qədər 12-18 yaş arası vətəndaşlar da daxil olmaqla, 214 milyon insanı peyvəndləməyi hədəfləyir. Ölkədə bu günə qədər təxminən 20 milyon insan hər iki doza vaksini vurdurub.(konkret.az)