14 May 2024
Serbiyada baş verən  proseslər nədən xəbər verir - Rüstəm Tağızadə

Serbiyada baş verən proseslər nədən xəbər verir - Rüstəm Tağızadə

26 Dekabr 2023
Baxış: 513

Serbiya prezidenti Aleksandr Vuçiçin seçkilərdə qələbəsini miqyası o deməkdir ki, Qərblə münasibətlərini Kremllə səmimi əlaqələrlə balanslaşdıran Vuçiç Qərbi Balkanlarda ABŞ və AB diplomatiyasında, xüsusən də ciddi Kosova ilə alovlanmadan qaçmaq cəhdi baxımından diqqət mərkəzində qalacaq.
Avropanın Balkanlarında cərəyan edən bu proseslərdə Rusiua izini görmək də mümkündür.
Dekabrın 18-də seşki komisiyyası Serbiyanın Tərəqqi Partiyasının son parlanment seçkılərində 46.71 % səs (1.721.572), müxalifətin Avropayönlü “Serbiya Zorakılığa Qarşı” koalisiyası isə 23.58 % səs toplayaraq qalib gəldiyini rəsmən elan edib. Qeydə alınmış 6 milyon 500 min 666 seçicidən 58.84 faizi seşkilərdə iştirak edib, bülletenlərin təxminən 2.7 faizi etibarsız sayılır.
“Serbiya Zorakılığa Qarşı” (Srbija Protiv Nasilija) partiyasının çıxışı nümayiş etdirdi ki, indiki rejimə müxalifət üçün yer var. Ancaq onu da demək lazımdır ki, hökumət onların ictimaiyyətə təsir imkanlarını azaltmaq üçün əlindən gələni edir.
Təzadlar ilə dolu olan Serbiya dövləti Yuqoslaviya dövləti dağılarkən Balkanlarda bir çox hərbi cinayətlər törətdi. Hərbi cinayətlər fonunda bu ölkələrdə insanlıq dramı yaşandı, iqtisadiyyat zəiflədi, xalqların bir-birinə qarşı nifrəti yüksəldi.
Seçkilər prosesinə qayıtsaq burada yaşanan bəzi olayları qeyd etmək lazımdır. Serbiyadakı xorvatlar da daxil olmaqla, azlıqlar bazar günü keçirilən seçkilərdə məhdud şəkildə iştirak etdilər. Serbiya parlamentinə heç bir nümayəndə seçilmədi.
Serbiyanın geosiyasət kursuna nəzər salsaq bəzi məqamlar ortaya çıxır. Vuçiç Avropa yoluna doğru irəliləmək istəsə də Rusiya ilə əlaqələri daha da gücləndirir. Fikrimcə Vuçiç Ukrayna-Rusiya müharibəsinin sona çatmasını gözləyir. Son dövrlər isə Çinin Serbiyaya təsir imkanları genişlənib. Əsas məqam Çin ilə Serbiya ilə arasında iqtisadi əlaqələrin böyüməsidir.

.

.

Azərbaycan Yəhudi Media Mərkəzi

Siyasi şərhçi Rüstəm Tağızadə