14 May 2024
“Səni bacının ərinə verirəm, imkanı yaxşıdır…” – Yardımlıdakı inanılmaz olayın DETALLARI + FOTO

“Səni bacının ərinə verirəm, imkanı yaxşıdır…” – Yardımlıdakı inanılmaz olayın DETALLARI + FOTO

15 Sentyabr 2022
Baxış: 431

Yardımlı rayonunda baş verən hadisə sosial mediada səs-küy yaradıb.

AJMEDİA.İNFO xəbər verir ki, Qadın və Uşaq Sığınacağından Sfera.az-a verilən məlumata görə, gənc qadın bacısının əri ilə evlənməyə məcbur edilib. Belə ki, 3 illik evlilikdən sonra ayrılaraq atasının evinə gələn qadın gözlənilməz hadisə ilə üzləşib.

“Ata qızını bir müddət saxladıqdan sonra digər qızının evli olduğu şəxsə ərə vermək istəyib. Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Alvana kənd məktəbinin direktoru vəzifəsində çalışır. Ata qızına bildirib ki, bacın məktəb direktoru ilə evlidir və ona yaxşı baxır, imkanı olduğuna görə onunla evlənməlisən”.

Məlumata görə, sözügedən məktəb direktoru qıza məcburi kəbin kəsdirib:

“Qızın boynundakı kəlağayı ilə onu boğub və "Səninlə kəbin üçün 40 manat vermişəm” deyərək onu evinə aparmaq istəyib. Bundan əlavə, Yardımlı rayon polisinin şöbəsinin əməkdaşı,ataya və qızın qardaşına qızın sığınacaqda olduğunu və orada tapa biləcəkləri barədə məlumatlar verib. Hazırda qadının atası və qardaşı qadının evə qayıtması üçün təyziqlər edirlər”.