12 May 2024
“Şell” İrəvanda ilk yanacaq məntəqəsini açdı

“Şell” İrəvanda ilk yanacaq məntəqəsini açdı

30 İyun 2023
Baxış: 436

Ermənistanda “Şell” ticarət markasının ilk yanacaqdoldurma məntəqəsi açılıb.

Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan yanacaqdoldurma məntəqəsinin açılışında iştirak edib.

“Şell”in Ermənistandakı qanuni nümayəndəsi “Royal Oyl” MMC-dir. Bildirilib ki, 5 illik strategiya çərçivəsində Ermənistanın müxtəlif yerlərində 25 yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır.

Qeyd edək ki, Britaniya-Niderland şirkəti olan “Şell” dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir.axar.az