14 May 2024
Şəhid Elçin Ağayevin nəşi ailəsinə təhvil verildi

Şəhid Elçin Ağayevin nəşi ailəsinə təhvil verildi

17 Noyabr 2021
Baxış: 619

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Ağayev Elçinin nəşi ailəsinə təhvil verilib.

AJMEDİA.İNFO xəbər verir ki, onun nəşi Cəlilabad şəhərində ailəsinin yaşadığı evə gətirilib.

Şəhid vida mərasimindən sonra Cəlilabad şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndinə doğulub.

Allah rəhmət eləsin!