12 May 2024
Şarl Mişel və Ursula von der Leyen Türkiyəyə səfər edəcəklər

Şarl Mişel və Ursula von der Leyen Türkiyəyə səfər edəcəklər

12 Yanvar 2021
Baxış: 1316

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyeni yanvar ayının sonunda ölkəsinə səfərə dəvət edib.

AJM-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində bildirib.

Ərdoğan qeyd edib ki, Şarl Mişel və Ursula von der Leyen onun dəvətini qəbul ediblər.