13 May 2024
Şamaxıda zəlzələ olub

Şamaxıda zəlzələ olub

22 Fevral 2020
Baxış: 452

Bu gün səhər saatlarında Şamaxıda 3,3 bal gücündə zəlzələ olub.

ajmedia.info APA ya istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı ərazisində qeydə alınıb.

İlkin məlumatlara əsasən, zəlzələnin ocağı 4 km dərinlikdə olub.

Yeraltı təkanlar Şamaxı ərazisində hiss edilməyib.

Teqlər: